• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Yaddaş zəifliyinə effektiv ƏLACLAR

CƏMİYYƏT

25 Aprel 2025 | 16:22

Yaddaş zəifliyinə effektiv ƏLACLAR

Müasir dövrdə bir çox insan yaddaş zəifliyindən şikayət edir. Xüsusilə gənclər və orta yaşlılar arasında bu problem daha tez-tez müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər yaddaş zəifliyinin əsas səbəbləri arasında yuxu rejiminin pozulması, stress, balanssız qidalanma və texnologiyadan həddindən artıq istifadəni göstərirlər.

Psixoloqlar bildirir ki, insanlar informasiya bolluğu içində diqqətlərini cəmləməkdə çətinlik çəkirlər. Bu isə qısa və uzunmüddətli yaddaşın zəifləməsinə gətirib çıxarır.

Həkim-fitoterapevtlər yaddaş gücləndirən bir neçə təbii vasitəni belə sıralayır:

Qoz, badam və balqabaq tumu – Omeqa-3 və E vitamini ilə zəngin olan bu məhsullar beyin funksiyalarını dəstəkləyir.

Zəfəran çayı – Antiosidant təsiri ilə beyin hüceyrələrini qoruyur.

Ginkgo Biloba – Damarları genişləndirərək beyinə qan axınını artırır.

Rutin məşqlər – beyin üçün idman

Nevroloqlar isə fiziki və zehni məşqlərin əhəmiyyətini vurğulayırlar: “Gündəlik 30 dəqiqəlik yürüş beyinə oksigen axınını artırır. Bundan başqa, söz oyunu, sudoku, kitab oxuma və yeni dil öyrənmək kimi fəaliyyətlər də beyin məşqidir”.

Apteklərdə yaddaşı gücləndirdiyi iddia edilən dərmanlar olsa da, mütəxəssislər bu vasitələrin yalnız həkim nəzarəti altında istifadə olunmasını tövsiyə edirlər. Əks halda, yan təsirlər və süni effektlər uzunmüddətli fayda verməyə bilər.

Mütəxəssislər bir məsələdə yekdildirlər: yaddaş zəifliyinə qarşı ən güclü vasitə – davamlı zehni aktivlik və sağlam həyat tərzidir. Təbii qidalanma, yuxu rejimi, stresin idarə olunması və idman, beyni formada saxlamağın əsas yollarıdır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR