• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İstanbulda Rusiya-Türkiyə danışıqları başa çatıb - YENİLƏNİB

DÜNYA

25 Aprel 2025 | 18:30

İstanbulda Rusiya-Türkiyə danışıqları başa çatıb - YENİLƏNİB

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərq üzrə keçirilən məsləhətləşmələr başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Türkiyə XİN-dəki mənbəyə istinadən bildirib.

Məsləhətləşmələr zamanı Suriya və Qəzza məsələləri müzakirə edilib.

"Türkiyə məsləhətləşmələrdə Suriyaya qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini qeyd edib, həmçinin bütün maraqlı tərəflərlə koordinasiyanın tərəfdarı olduğunu diqqətə çatdırıb", - mənbə əlavə edib.

 

***12:53

İstanbulda Yaxın Şərqdəki vəziyyətlə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyədəki diplomatik mənbəsinə istinadən xəbər verir.

Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfinə isə xarici işlər nazirinin müavini Mixail Boqdanov rəhbərlik edir. Məsləhətləşmələr qapalı formatda keçirilir.

Rusiya və Türkiyə nümayəndələri danışıqlarda Suriyada və Yaxın Şərq münaqişəsi zonasında vəziyyəti müzakirə etməyi planlaşdırırlar.


SON XƏBƏRLƏR