• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

İDMAN

25 Aprel 2025 | 15:47

Təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha 5 oyunluq cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, 2-ci liqanın 22-ci turunda “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsinə görə diskvalifikasiya edilib.

Onun cəzasının üzərinə daha 5 matç əlavə edilib.

Xatırladaq ki, İntizam Komitə eyni səbəbdən aprelin 18-də də Ruslan Hüseynovu 5 oyunluq cəzalandırmışdı.


SON XƏBƏRLƏR