Lənkəranda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyilə mənzilin qapısı açılaraq nəzarətsiz qalmış 2023-cü il təvəllüdlü uşaq ailəsinə təhvil verilib.