• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Nazir dövriyyədən çıxarılan narkotikin həcmini AÇIQLADI

CƏMİYYƏT

25 Aprel 2025 | 18:47

Nazir dövriyyədən çıxarılan narkotikin həcmini AÇIQLADI

Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Kollegiya İclasında deyib.

Nazir həmçinin bildirib ki, əllərdə qanunsuz saxlanılan 2.309 odlu silah aşkarlanıb.

Nazirin sözlərinə görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7.829 cinayətin 87 faizi açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.


SON XƏBƏRLƏR