AFFA futzal üzrə Yüksək Liqada çıxış edən "Neftçi" İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Ötən gün baş tutan "Neftçi" İK – "Baku Fire" matçında K İB komandasının köməkçi məşqçisi Əli Hüseynov oyununun fasiləsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);