“Azərenerji" ASC-nin nizamnamə kapitalı 699 505 420 manat və yaxud 39,7 % artırılıb.
Bakıvaxtı.az xəbər verir ki, səhmdar cəmiyyətinin kapitalı 1 760 494 580 manatdan 2 460 000 000 manata çatdırılıb.
Bu məbləğ hər birinin nominal dəyəri 20 manat olan 123 milyon ədəd səhmdən ibarətdir.
Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.
2024-cü il noyabrın 23-də Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının, eyni zamanda əmlakının bir hissəsi “Azərenerji”yə ötürülüb.