• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Narışkin Bakıda Suriya kəşfiyyatının nümayəndələri ilə görüşüb

DÜNYA

25 Aprel 2025 | 16:46

Narışkin Bakıda Suriya kəşfiyyatının nümayəndələri ilə görüşüb

Rusiya və Suriya kəşfiyyat xidmətlərinin nümayəndələri ötən həftə Azərbaycanda görüş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

    Danışıqlar Azərbaycanın paytaxtı Bakıda Əfqanıstanla bağlı konfrans çərçivəsində aparılıb.

    “Keçən həftə Bakıda Əfqanıstanla bağlı konfrans keçirilib, orada Yaxın Şərq və Böyük Avrasiya ölkələrinin liderləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Onların arasında Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri də var idi. Çox konstruktiv və mehriban görüşümüz oldu”, - Narışkin bildirib.

    Qeyd edək ki, Rusiya kəşfiyyatının rəhbəri aprelin 17-18-də “Əfqanıstan: Regional Əlaqələr, Təhlükəsizlik və İnkişaf” adlı beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olub.


    SON XƏBƏRLƏR