• Bakı 16° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Uşakov: Putin və Uitkoffun görüşü üç saat davam edib və konstruktiv olub

DÜNYA

25 Aprel 2025 | 20:15

Uşakov: Putin və Uitkoffun görüşü üç saat davam edib və konstruktiv olub

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında üç saat davam edən görüş konstruktiv və faydalı olub.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Putin və Uitkoff arasında keçirilən görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasının mümkünlüyü müzakirə edilib. Bugünkü söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, digər beynəlxalq məsələlərdə də mövqelərimizi daha da yaxınlaşdırmağa imkan verdi”, - o deyib.


SON XƏBƏRLƏR

25 Aprel 2025