• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ 

MULTİMEDİA

25 Aprel 2025 | 15:16

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ 

“Android” smartfonuna virus daşıyıcısı olan "crack" proqramlar yükləyənlərdə “Birbank” mobil tətbiqi bloklanır. 

Bakıvaxtı.az sfera.az-a istinadən xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, buna səbəb "WhatsApp+"un başqalarının bağlı profillərinə baxmaq üçün əlavələr və pullu xidmətləri pulsuz təqdim edən "apk" fayllardır:

“Belə fayllar cihazlarda arxa planda cəsusluq edirlər. Bu proqramlar vasitəsilə cihaza yoluxdurulmuş zərərli fayllar bank tətbiqlərinin məlumatlarını götürür və nəticədə vəsait oğurlanır. Ona görə də smartfonuna bu kimi tətbiqləri yükləyənlərin “Birbank” hesabı, onların bank hesablarının qorunması məqsədi ilə bloklanır”.

Mütəxəssis vətəndaşları bu mövzuda məsuliyyətli davranmağa və “Android” ekosisteminə kənar tətbiqləri yükləməkdən çəkinməyə çağırıb:

“Bu onları birbaşa təhlükəyə atır. Xüsusilə də evdə uşaqların "crack" oyunlar yüklədiyi çox sayda cihaz var. Diqqətli olaq ki, hesablarımızda olan vəsaitləri qurban verməyək. Bu çox ciddi və yayğın məsələdir”.


SON XƏBƏRLƏR