• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"OPEC+" neft hasilatı planına düzəliş edəcək

DÜNYA

25 Aprel 2025 | 14:39 | Müəllif: Əli Hüseynov

"OPEC+" neft hasilatı planına düzəliş edəcək

"OPEC+" ölkələri bazarda sabitliyə nail olmaq üçün neft hasilatı ilə bağlı qərarlara düzəliş etməyi planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İranın neft naziri Mohsen Paknejad məlumat verib.

"Biz plana düzəliş etməyi planlaşdırırıq. Hazırda bazarda sabitliyi təmin etmək üçün "OPEC+" razılaşmasına daxil olan digər ölkələrlə birlikdə bəzi qərarlar qəbul edəcəyik", - o qeyd edib.

OPEC-in üzvü və "OPEC+" razılaşmasının iştirakçısı olan İran neft hasilatına tətbiq edilən məhdudiyyətlərdən azaddır. Eyni zamanda, İranın neft naziri 2025-ci ildə OPEC konfransının prezidentidir. Bu vəzifəyə hər il OPEC-ə üzv olan ölkələrin nümayəndələrindən biri seçilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR