• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi - VİDEO

CƏMİYYƏT

25 Aprel 2025 | 18:28

Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi - VİDEO

Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya məcburi eniş edib. 

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin təyyarədə dava salması olub. 

Aleksandr adlı şəxs Şeremetyevoya uçmalı olan təyyarəyə minib, həddindən artıq spirtli içki qəbul edib və qalmaqala səbəb olub. O, SU0525 Dubay-Moskva reysi ilə uçan digər sərnişinlərə qışqırıb, onlara toxunub, onları “çurbanlar” adlandırıb və sakitləşmək tələblərinə məhəl qoymayaraq içki içməyə davam edib.

Uçuşun sərnişinləri itaətsiz sərnişinin qarşısını öz başlarına alıblar və “Aeroflot”un stüardessaları onlara kömək ediblər.

 


SON XƏBƏRLƏR