• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

PUA-ların istismarı, qeydiyyata alınması qaydaları təsdiqləndi

İQTİSADİYYAT

25 Aprel 2025 | 15:22

PUA-ların istismarı, qeydiyyata alınması qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, PUA-ların qeydiyyatını, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.

Həmçinin PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçiriləcək.

Bu qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:

- maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;

- uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.


SON XƏBƏRLƏR