• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İrəvanda etiraz aksiyası keçirilir

DÜNYA

25 Aprel 2025 | 15:45

İrəvanda etiraz aksiyası keçirilir

İrəvanda təsərrüfat subyektləri yenidən Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla şəxsi görüş tələb edirlər.

Etirazçılar təxminən 10 gün əvvəl də aksiya keçiriblər. Bununla yanaşı, onlar hökumət dəftərxanasına 2 350 vətəndaş tərəfindən imzalanmış bəyanat təqdim ediblər. Narazılığın əsas səbəbi vergi qanunvericiliyindəki dəyişikliklərdir.

Aksiya iştirakçıları bildiriblər ki, hökumətə dəfələrlə müraciət ediblər, lakin Paşinyan vətəndaşlara verdiyi vədləri yerinə yetirmir.

Onlar dövriyyə vergisinin 50 % artırılması (5 %-dən 10 %-ə), məcburi inventarizasiya kimi bir sıra problemləri qeyd ediblər.

Etirazçılar əmindirlər ki, dövriyyə vergisi haqqında qanunvericiliyə edilən bu cür dəyişikliklər kiçik və orta biznesin məhv edilməsinə yönəlib.


SON XƏBƏRLƏR