Sabah dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 26-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.