• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Əli Əsədov iclas keçirdi - FOTO

SİYASƏT

25 Aprel 2025 | 18:24

Əli Əsədov iclas keçirdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel Şirkətlərin 2024-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, AİH-in idarəetməsinə verilmiş yeni portfel şirkətlər (“Azəralüminium” MMC, “Azərbaycan Alüminiumu” ASC və “Azərpambıq ASK” MMC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas praktik tövsiyələri, Birgə İnvestisiya Fondları çərçivəsində görülmüş işlər və digər məsələlər ətraflı müzakirə olunub.  

İclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş hesabatı dinlənilib.   

İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.   


SON XƏBƏRLƏR