• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Orban: Aİ-nin Ukrayna münaqişəsində sülh yoluna keçməsi an məsələsidir

DÜNYA

25 Aprel 2025 | 13:51

Orban: Aİ-nin Ukrayna münaqişəsində sülh yoluna keçməsi an məsələsidir

"ABŞ-nin Ukrayna münaqişəsini həll etmək səylərinə baxmayaraq, Avropada davam edən müharibə psixozuna son qoymaq yaxşı olar".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Avropa İttifaqında hələ də müharibə psixozu var və Ukraynada münaqişəni davam etdirmək istəyi niyyətindədirlər:

"Lakin Aİ ölkələrinin əksəriyyətinin liderləri sülh yoluna üz tutmalı olacaqlar. Bu, sadəcə zaman məsələsidir. Avropalılar başa düşəcəklər ki, ABŞ olmadan Ukraynaya dəstək mənasızdır. Birləşmiş Ştatlarsız Ukraynanın heç bir halda indiki mövqeyini saxlamaq şansı yoxdur, nəinki bərpa olunsun".

Gülşən Şərif

 


SON XƏBƏRLƏR