Sudanda əhalinin yarısına bərabər olan təxminən 25 milyon insan kəskin aclıqla üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının Sudan üzrə Fövqəladə Koordinatoru Samantha Çattara bildirib.
"Təxminən 5 milyon uşaq və süd verən analar kəskin aclıqdan əziyyət çəkirlər. Sudan həm də hazırda dünyada aclığın təsdiqləndiyi yeganə yerdir", - Çattaraj deyib.
Əli Hüseynov