• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - FOTO - YENİLƏNİB

SİYASƏT

25 Aprel 2025 | 15:23

Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşıladı.

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar.

Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət etdilər.

Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını dedi.

Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransisklə görüşlərini məmnunluqla xatırladı.

***

13:38

Vladimir Fekete dövlətimizin başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirdi. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu dedi.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.


SON XƏBƏRLƏR