"Türk millətinin fədakarlığı, cəsarəti və əzmi "Çanaqqala Ruhu"nu bizə əmanət edib. Biz bu müqəddəs mirası qorumaqla atalarımıza layiq olacağıq, "Çanaqqala Ruhu"nu hər şəraitdə yaşadacaq və bu ruhu gələcək nəsillərə aşılayacağıq".
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Quru müharibələrinin 110 illiyi münasibətilə müraciətində bildirib.
Ərdoğan ən çətin şərtlərdə belə səfərbərlik halında bir araya gələn millətin, dünən olduğu kimi bu gün də canı bahasına olsa belə, Vətəni və bayrağını qorumaq üçün heç bir işğala icazə verməyəcəyini vurğulayıb.
Əli Hüseynov