• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Nigeriyada silahlıların hücumu nəticəsində 20 nəfər ölüb

DÜNYA

25 Aprel 2025 | 20:03 | Müəllif: Subhan Mahmudov

Nigeriyada silahlıların hücumu nəticəsində 20 nəfər ölüb

Nigeriyanın şimal-qərbində silahlıların kəndə hücumu nəticəsində azı 20 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli sakinlərə istinadən məlumat yayıb.

“Cümə axşamı gündüz saatlarda yüzlərlə silahlı şəxs şaxtaçılara atəş açıb, bundan sonra Zamfara ştatının Maru yerli idarəetmə bölgəsindəki Qobirava Çali şaxtaçı kəndində atışma baş verib və nəticədə 20-dən çox adam ölüb”, - agentlik xəbər verib.

Qeyd edək ki, Zamfara ştatında pul əldə etmək üçün adam oğurluğu adi hadisəyə çevrilib.

Bununla belə, hücumun mümkün motivləri ilə bağlı təfərrüatlar məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026