• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Sahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib - FOTO

SİYASƏT

25 Aprel 2025 | 18:27

Sahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti aprelin 25-də Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfər edib.

Milli Məclisdən Bakıvaxtı.az-a bildirilib ki, Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.

Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.


SON XƏBƏRLƏR