Myanmada gözlənilən zəlzələ ilə bağlı çaxnaşma yaydığı üçün TikTok "astroloqu" həbs edilib.
Bakıvaxtı.az bildirir ki, Myanmada məşhur sosial media astroloqu Con Moe Te bütün ölkəni vuracağı ehtimal edilən güclü zəlzələni proqnozlaşdırdığı üçün saxlanılıb. Onun insanları hündürmərtəbəli binalardan uzaq durmağa və hər zaman zəruri əşyaları daşımağa çağırdığı videosu əhali arasında panika dalğasına səbəb olub.
Myanma hərbi hökuməti açıqlamasında bloqqerin yalan məlumat yaydığını və ona qarşı qanunvericiliyə uyğun olaraq effektiv tədbirlər görəcəyini bildirib. Səlahiyyətlilər həmçinin xəbərdarlıq edib ki, saxta xəbərlərin yaradılması və ya yayılması ilə məşğul olan hər kəsi oxşar hərəkət gözləyir. Həbsdən sonra astroloqun TikTok hesabı silinib.
Qeyd edək ki, bu ilin mart ayının sonları Myanmada 7.9 bal gücündə zəlzələ olub. Nəticədə 3 mindən çox adam həlak olub. /lent.az