Sosial şəbəkədə Bakının Yasamal rayonu ərazisində bir qadının 14 yaşlı qızını pul qarşılığında digər şəxslərlə görüşdürməsi barədə iddialar yayılıb.
Həmin qadının övladını yaşına uyğun olmayan şəkildə geyindirdiyi, makiyaj edərək küçələrdə müxtəlif əməllərə məcbur etdiyi və 500 manat müqabilində intim xidmətə vadar etdiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yayılmış iddialarla əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılıb və hər iki şəxs müvafiq polis orqanına gətirilib. Azyaşlı qızın izahatı alınıb, sosial şəbəkədə qeyd olunan məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib. Həmçinin ana da yayılan görüntülərin 3 il bundan əvvəl keçmiş həyat yoldaşı tərəfindən çəkildiyini söyləyib.
Hazırda azyaşlı qıza qarşı cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər edilməsi ilə bağlı istintaq araşdırması aparılır.