"İslamabad Nyu-Dehlinin atdığı istənilən addımlara cavab verməyə hazırdır".
Bakıvaxtı.az "Sky News"a istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
O, hesab edir ki, ABŞ prezidenti Donald Trampın və bütün beynəlxalq ictimaiyyətin diqqəti İslamabad və Yeni Dehli arasında münaqişənin həllinə kömək edəcək.
"Vizanın ləğvi və hava məkanının bağlanması iki nüvə dövlətinin bir-birinə zərbə endirməyə hazır olduğu gərginlik ocaqlarından biridir. Düşünürəm ki, bütün dünyanın diqqəti bu vəziyyətə yönəlməlidir. Əgər ABŞ prosesə qarışaraq, bu vəziyyəti hansısa yolla həll edə bilsə, yaxşı olardı", - deyə nazir qeyd edib.
O, həmçinin qeyd edib ki, iki nüvə dövləti arasında toqquşma həmişə narahatlıq doğurur.
Gülşən Şərif