• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Türkiyədə evlərin qiymətini bahalaşdıranlar cəzalandırıldı

DÜNYA

25 Aprel 2025 | 20:40

Türkiyədə evlərin qiymətini bahalaşdıranlar cəzalandırıldı

Türkiyənin Ticarət Nazirliyi İstanbulda baş verən zəlzələdən sonra daşınmaz əmlakın satışı və kirayəsi elanlarında qiymətləri artıranların 14,5 milyon lirə cərimələnməsi ilə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Ticarət Nazirliyi sosial media hesabında yoxlamalarla bağlı məlumat paylaşaraq, “Biz heç vaxt fürsətçiliyə yol verməyəcəyik” deyə vurğulayıb.

Açıqlamada nazirliyin İstanbulda baş verən zəlzələdən sonra eyni gündə daşınmaz əmlak satışı və kirayəsi elanlarının qiymətlərini artıranları aşkarladığı qeyd edilib:

"Vətəndaşlarımızın çətin vəziyyətindən sui-istifadə etmək istəyənlərin hər biri 250 min lirə olmaqla cəmi 14 milyon 500 min lirə cərimələnib. Ticarət Nazirliyimiz zəlzələdən sonra daşınmaz əmlak sektorunda vətəndaşlarımıza qarşı yarana biləcək haqsızlıqları izləməyə və zərər çəkməsinə səbəb ola biləcək tətbiqlərin qarşısını almağa davam edəcək."/Teleqraf.com


SON XƏBƏRLƏR