• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

6,3 ballıq zəlzələ oldu

DÜNYA

25 Aprel 2025 | 18:53 | Müəllif: Subhan Mahmudov

6,3 ballıq zəlzələ oldu

Ekvadorda güclü zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

6,3 maqnitudalı zəlzələnin yeraltı ocağı 23 kilometr dərinlikdə qeydə alınıb.

Sosial şəbəkədə yayılmış görüntülərdə bəzi yerlərdə dağıntıların olduğunu görmək olsa da, itkilər və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

Xatırladaq ki, adıçəkilən Latın Amerikası ölkəsində son ən güclü zəlzələ 2016-cı ildə baş verib. 7,8 bal gücündə dağıdıcı zəlzələ 77 nəfərin həyatına son qoymuş, 500-dən çox insan yaralanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026