• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır

İQTİSADİYYAT

25 Aprel 2025 | 17:08

Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Mayın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Atabank” və “Texnika Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “Atabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 542 min manat olan 270,9 kv.metrlik 2 ədəd qeyri-yaşayış sahəsindən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 525 min manat olan 252,6 kv.metrlik və dəyəri 505 min manat olan 251,8 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.


SON XƏBƏRLƏR