• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Rusiya-Ukrayna müharibəsi: ABŞ və Aİ-nin maraqları toqquşur

SİYASƏT

25 Aprel 2025 | 17:41

Rusiya-Ukrayna müharibəsi: ABŞ və Aİ-nin maraqları toqquşur

"ABŞ prezidenti Donaıd Tramp hakimiyyətə gəldikdən sonra bir çox baxışlar, əvvəlki yanaşmalar tamamilə dəyişib. Çünki Trampın hakimiyyətinin məqsədi özünün də elan etdiyi kimi, Amerika xalqının rifahıdır".

Bunu deputat Aydın Hüseynov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Trampın istəkləri Avropanın istəkləri ilə üst-üstə düşmür. Onun sözlərinə görə, məhz bu məsələ Ukrayna-Rusiya münasibətlərində Avropanın istəyini tamamilə alt-üst edir:

“Tramp qeyd edir ki, Rusiya ilə razılığa gəliblər. Rusiyanın istəyi nədən ibarətdir? İstəyi odur ki, ələ keçirdiyi ərazilər Rusiya əraziləri kimi tanınsın. Hazırda Krımın Rusiya ərazisi kimi tanınmasını Ukraynaya diktə edirlərsə, sonrakı mərhələdə digər ərazilərin də Rusiya ərazisi kimi tanınması cəhdləri ortaya çıxacaq. Bu, ilk növbədə beynəlxalq qanunlara ziddir”.

A.Hüseynov bildirib ki, digər şərt odur ki, Ukrayna NATO-ya, Avropa İttifaqına üzv olmamalıdır. Rusiyanın istəyini həyata keçirən ABŞ-nin istəyi isə Ukraynanın mineral sərvətləridir.

Aydın Hüseynov: Ssenari Avropaya məxsusdur, ona görə də müharibənin uzanmasını istəyir

Müsahibimiz vurğulayıb ki, ümumiyyətlə, bu məsələni elə ilk gündən Avropa körükləyir:

“Burada ssenari Avropaya məxsusdur. Ona görə də müharibənin uzanmasını istəyir. Məqsəd o idi ki, Ukrayna NATO-nun, Avropa İttifaqının üzvü olsun. Yəni ABŞ-nin maraqları ilə Avropa İttifaqının maraqları toqquşur”.

Aydın Hüseynov qeyd edib ki, Ukraynadakı indiki və əvvəlki hakimiyyətlərin səhvlərini də nəzərə almaq lazımdır:

“Avropa institutlarının fəaliyyətinə ölkədə geniş imkanlar verildi. Ukrayna dövlətçiliyi laxladı. Bu da Ukraynanın xarici siyasətinə mənfi təsir göstərdi və digər dövlətlərdən asılı vəziyyətə saldı".

Aydın Baxış


SON XƏBƏRLƏR