• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Daha bir cüdoçumuz bürünc medal qazandı

İDMAN

25 Aprel 2025 | 19:40

Daha bir cüdoçumuz bürünc medal qazandı

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulub.

Zelim Tçkayev (81 kq) 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşib. Qələbə qazanan cüdoçumuz ardınca Dorin Qotonoaqa (Moldova) və Antonio Esposito (İtaliya) ilə duellərdən qalib ayrılıb. O, yarımfinalda Tato Qriqalaşvili (Gürcüstan) ilə bacarmayıb. Tçkayev bürünc medal uğrunda Petru Pelivanla (Moldova) üz-üzə gəlib.

İdmançımız rəqibini məğlub edərək bürünc medalın sahibi olub. Bu, ölkəmiz üçün sözügedən çempionatda üçüncü uğurdur. 

Ömər Rəcəbli (81 kq)  1/16 finalda Eetu İhanamakini (Finlandiya) məğlub edib. 

Murad Fətiyev (90 kq) 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib. O, yarımfinalda Kristian Parlati (İtaliya) ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib. Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matye (Fransa) ilə yarışacaq.

Qadınların yarışında Günel Həsənli (70 kq) 1/32 finalda Anna Oleynik-Korniyenkoya (Ukrayna), Südabə Ağayeva (70 kq) isə Adelina Novitskiyə (İsrail) uduzub.

Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.


SON XƏBƏRLƏR