• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Siyəzən sakinində avtomat aşkarlanıb

HADİSƏ

27 Yanvar 2025 | 11:27

Siyəzən sakinində avtomat aşkarlanıb

Siyəzən sakinində avtomat aşkarlanıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şamil Quliyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 9 ədəd patron, 1 ədəd patron darağı və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ş.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026