• Bakı 22° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Xəzər Süleymanlı Poeziya Teatrı yaratdı

MƏDƏNİYYƏT

30 Sentyabr 2024 | 12:00

Xəzər Süleymanlı Poeziya Teatrı yaratdı

Azərbaycanda Mikayıl Müşfiq adına Poeziya Teatrı yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki. bu Globalinfo.az-a tanınmış qiraətçi Xəzər Süleymanlı məlumat verib.

O, tamamilə yeni formatda poeziya teatrı layihəsi hazırladığını bildirib:

“Bizdə zaman-zaman poeziya teatrı fəaliyyət göstərib. Son illərdə xalq şairimiz Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanımın təşəbbüsü ilə Vaqif Səmədoğlu Mərkəzinin nəzdində yaradılmış Vaqif Səmədoğlu adına Poeziya Teatrı müəyyən tədbirlər keçirir.

Mənim illərdir düşündüyüm və üzərində çalışdığım poeziya teatrı isə tam fərqlidir. Poeziya teatrında təqdim olunacaq tamaşalarda təkcə aktyorların oyunu yox, həmçinin şairlərin də çıxışı nəzərdə tutulub. Yəni şairlər öz şeirləri ilə tamaşanın bir hissəsi olacaqlar.

Artıq ssenarilər yazılır. Hələlik müstəqil fəaliyyət göstərəcəyik. Yerimiz olmadığı üçün tamaşalar müxtəlif məkanlarda baş tutacaq.

Poeziya teatrımızın heyəti bu sahədə kifayət qədər təcrübəsi olan insanlardan ibarətdir. Onların arasında əməkdar artist Bəhruz Vaqifoğlu, aktyor, rejissor Kamal Yaşar, aktrisa Sabirə Abdullayeva Rüstəmli, ssenarist Pərviz Seyidli, şair Aqşin Evrən və şair, ssenarist Rəşad Nağı Mustafa da var.

Teatrımız Mikayıl Müşfiqin adını daşıyacaq. Ümid edirəm ki, fəaliyyətimiz Azərbaycan incəsənətinə, ədəbiyyatına təkan verə biləcək”.

X.Süleymanlı sözügedən teatrla bağlı yeniliklərin olacağını vurğulayıb.


SON XƏBƏRLƏR