• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

General keçmiş partiya sədrinin oğlunu İŞDƏN ÇIXARDI

GÜNDƏM

30 Sentyabr 2024 | 11:52

General keçmiş partiya sədrinin oğlunu İŞDƏN ÇIXARDI

Ləğv olunmuş Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun Fövqəladə Hallar Nazirliyində (FHN) general köməkçisi işləyən oğlu Cavid Səmədov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin köməkçisi vəzifəsində çalışan daxili xidmət mayoru Cavid Səmədov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb. 

Partiya sədrinin oğlu Faiq Tağı-zadənin əmri ilə vəzifəsindən azad edilib. 

Abutalıb Səmədov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: 

"Övladım 40 yaşı keçib və mən bilən öz istəyi ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib".


SON XƏBƏRLƏR