• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu günə 168 min hektar sahə minadan təmizlənib

GÜNDƏM

24 Oktyabr 2024 | 10:40

Bu günə 168 min hektar sahə minadan təmizlənib

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar sahə minalardan təmizlənib.

Bakıvaxtı.az xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, təmizlənən ərazilərdən 161 min mina aşkarlanıb:

"Onların təxmini 25 mini piyadalar əleyhinə minalardır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş vermişdi. O müddətdən indiyə kimi isə maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026