• Bakı 21° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Bu marşrut üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişir - CƏDVƏL

CƏMİYYƏT

30 Sentyabr 2024 | 12:55

Bu marşrut üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişir - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik edir.

ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, 5 oktyabr 2024-cü ildən başlayaraq qatarlarımız hər şənbə günü Bakıdan-Qəbələyə, hər bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.

    “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, - məlumatda qeyd olunur.


    SON XƏBƏRLƏR