• Bakı 16° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

Dollara təlabat ARTIR: Qarşıdakı dövrdə... - AÇIQLAMA

CƏMİYYƏT

30 Oktyabr 2024 | 11:39

Dollara təlabat ARTIR: Qarşıdakı dövrdə... - AÇIQLAMA

Azərbaycanda dollara təlabat ötən illərə nisbətən kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub.

Təlabatın artımı dolların bahalaşmasına gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Vüsalə Əhmədova bildirib ki, devalvasiya olacağı ilə bağlı gözləntilər və eyni zamanda qonşu ölkələrin valyutalarının sürətlə dəyərdən düşməsi ölkəmizdə dollara olan tələbatı artırır.

Onun sözlərinə görə, xüsusən də Türkiyə və Rusiya valyutasının ucuzlaşması həmin ölkələrdən idxalı əhəmiyyətli dərəcədə artırıb:

“Məlumdur ki, gündəlik təlabat mallarından tutmuş əksər məhsulları xaricdən idxal edirik. O cümlədən, büdcə xərclərində davamlı artım müşahidə olunur. Bu faktorlar nəzərə alınaraq yaxın müddətdə manatın dollar qarşısında dəyərdən düşəcəyi ilə bağlı proqnozlar verilir. Ancaq yaxın gələcəkdə buna hər hansı bir səbəb görmürəm".

V.Əhmədova hesab edir ki, qarşıdakı dövrdə valyutalar dollar qarşısında nisbətən güclənəcək.

Vüsalə Əhmədova: Hökumət manatın məzənnəsini qoruyub saxlamalıdır

Müsahibimiz vurğulayıb ki, 2025-ci ildə dünya bazarında neftin qiymətinin bir barel üçün təqribən 75-90 dollar olacağı proqnozlaşdırılır. Bundan başqa, FED sentyabr ayında faiz nisbətini 50 baza bəndi endirərək 4,75-5,00% müəyyənləşdirib. Noyabr ayında da faiz endirimi gözlənilir. Bu isə ölkələrin valyutalarının dollar qarşısında az da olsa, güclənməsinə səbəb olacaq.

“Ölkəmizə gəlincə, bütün hallarda hökumət manatın məzənnəsini qoruyub saxlamalıdır. Əks halda devalvasiya ümumi iqtisadiyyatımıza, həmçinin də vətəndaşların iqtisadi vəziyyətinə həddindən çox mənfi təsir göstərə bilər", - deyə Vüsalə Əhmədova vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR