Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım uşaqlarda insult haqqında olacaq.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarovadır.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Pərvin xanıma ünvanlaya bilərsiniz.