Elektron hərrac sisteminin məqsədləri və gözlənilən nəticələri barədə məlumat verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərraclar sahəsində yaradılmış vahid elektron platformanın təqdimatı zamanı bildirilib.
Belə ki, platformanın məqsədi hərracların elektron platformada həyata keçirilməsi, əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərilməsi, əmlaklarını hərrac vasitəsilə şəffaf və rəqabətli şəkildə satışı, vətəndaşların əlavə vaxt itkisinin qarşısının alınmasıdır.
Bildirilib ki, platforma özəlləşdirilməsi nəzərdə tutulan əmlaklara potensial alıcıların cəlb edilməsi, əmlakların hərraclar vasitəsilə satışının iqtisadi cəhətdən stimullaşdırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasının təmin edilməsi məqdii ilə yaradılıb.
Mina Mikayılova