• Bakı 21° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmov yad edilib 

MƏDƏNİYYƏT

30 Sentyabr 2024 | 14:07

Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmov yad edilib 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Səid Rüstəmovun əsərlərindən ibarət konsert proqramı baş tutub.

Filarmoniyadan Bakıvaxtı.az-a verilən xəbərə görə, gecədə Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və baş dirijorluğu, Xalq Çalğı Alətlərinin müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Tural Abdullayev, Mahir Məmmədov, solistlər Azər Verdiyev, Fuad Ramazanov, Samirə Hacıyeva, Zəminə Mustafayeva, Xəyal Əliyev, Rüstəm Cəfərov bəstəkarın "Durna” operettasından Lalənin mahnısını, "Hardasan", "Getmə", "Həkim qız", "Haralısan", "Şeir deyilmi", "İntizar", "Qurban adına", "Alagöz", "Bilmədim", "Gəlmədin", "Oxu gözəl" əsərlərini ifa ediblər.


SON XƏBƏRLƏR