• Bakı 22° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi

HADİSƏ

30 Sentyabr 2024 | 12:15

2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi

Göygöldə 2 yaşlı uşağa müxtəlifdərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb.

Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.Qafqazinfo


SON XƏBƏRLƏR