• Bakı 21° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Azərbaycanın turizm imkanları Yaponiyada nümayiş etdirilib

MƏDƏNİYYƏT

30 Sentyabr 2024 | 13:38

Azərbaycanın turizm imkanları Yaponiyada nümayiş etdirilib

Azərbaycanın turizm imkanları Yaponiyanın Tokio şəhərində keçirilən “Yaponiya Expo Turizm” (Tourism Expo Japan 2024) sərgisində tanıdılıb.

Dövlət Turizm Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, sərgidə iştirakın məqsədi turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, eləcə də turizm agentliklərinin dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq əlaqələrini formalaşdırmaqdır.

Sərgi iştirakçılarına Azərbaycanın mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilib.

Azərbaycan Turizm Bürosunun nümayəndələri və yerli tərəfdaşların iştirakı ilə Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil edilib, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sərgidəki milli stendi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ziyarət edərək sərginin gedişatı ilə tanış olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Yaponiyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60 faizdən çox artıb.


SON XƏBƏRLƏR