• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Beyruta daha bir hava zərbəsi: ölənlər var

DÜNYA

30 Sentyabr 2024 | 15:46

Beyruta daha bir hava zərbəsi: ölənlər var

İsrail ordusunun Livanın paytaxtı Beyrutun Kola rayonuna təşkil etdiyi hava hücumu nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, İsrail Ordusunun dünən gecə Kola rayonuna həyata keçirdiyi hava hücumu nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilib.

Açıqlamada İsrailin çoxmərtəbəli binanı hədəf aldığı hücumda 4 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

Beyrutdakı bu hücum 2006-cı ildən bəri Hizbullahın qalası sayılan Dahiyədən başqa yerə edilən ilk hücum idi.

Əli Hüseynov


SON XƏBƏRLƏR