• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

İran “Hizbullah”a kömək üçün qoşun göndərəcək? - Kənani

DÜNYA

30 Sentyabr 2024 | 15:46

İran “Hizbullah”a kömək üçün qoşun göndərəcək? - Kənani

İran “Hizbullah” hərəkatına kömək etmək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani deyib.

Onun sözlərinə görə, Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları İsrailin təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər.

“Livan sübut etdi ki, özü də bu işğal rejimini məğlub etməyə qadirdir. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kanani mətbuat konfransında bildirib.

O qeyd edib ki, İran İslam Respublikası və İran xalqı müharibə istəmir, onlar regionda sabitliyi möhkəmləndirməyə çalışırlar.

Kanani bildirib ki, İran milli maraqları və təhlükəsizliyi hədəfləyən hər hansı avantürist hərəkət qarşısında tədbir görəcək.


SON XƏBƏRLƏR