• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Macarıstan XİN naziri: "Ukrayna münaqişəsinin həllini dəstəkləyirik"

DÜNYA

30 Sentyabr 2024 | 18:28

Macarıstan XİN naziri: Ukrayna münaqişəsinin həllini dəstəkləyirik

"Macarıstan Ukraynada nizamlanma üçün bütün təşəbbüsləri dəstəkləyəcək"

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi görüşdən sonra mətbuat konfransında çıxış edən Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O, bildirib ki, Budapeşt Ukraynada sülhün tezliklə əldə edilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. 

"Macarıstan Rusiya-Ukrayna münaqişəsində sülhsevər mövqe tutmaqda davam edir. Ölkəmiz münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün ən qısa zamanda sülhə nail olmaq imkanını gətirən istənilən təşəbbüslərə qoşulur", - deyə Siyarto vurğulayıb.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR