• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələdi

İQTİSADİYYAT

30 Sentyabr 2024 | 17:40

Mərkəzi Bank Xalq Sığortanın vəzifəli şəxsini cərimələdi

"Xalq Sığorta" ASC-nin vəzifəli şəxsi qanun pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinin pozulması halı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq "Xalq Sığorta" ASC-nin vəzifəli şəxsi 300 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, sözügedən maddəyə əsasən “Xalq Sığorta”nın vəzifəli şəxsi uçot sənədlərinin saxlanılması, məlumatların təqdim edilməsi, dərc edilməsi, tələblər çərçivəsində əks etdirilməsi, habelə qanuna uyğun mühasibat uçotunun aparılması ilə bağlı qaydaları pozub.


    SON XƏBƏRLƏR