• Bakı 18° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

"Gümrü-Qars Ermənistan və Türkiyə üçün yeni imkanlar aça bilər" - Kostanyan

DÜNYA

30 Sentyabr 2024 | 19:33

Gümrü-Qars Ermənistan və Türkiyə üçün yeni imkanlar aça bilər - Kostanyan

Gümrü-Qars dəmir yolu Ermənistan və Türkiyə üçün yeni imkanlar açaraq mühüm nəqliyyat dəhlizinə çevrilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Onun fikrincə, bu dəmir yolu marşrutunun bərpası, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək.

“Bir çox logistika zəncirləri hazırda bağlanıb və ya səmərəsiz işləyir” – deyə Kostanyan qeyd edib.

O, həmçinin üçüncü dövlətlərin vətəndaşları və diplomatları üçün Marqarada sərhədin açılması ilə bağlı hələ reallaşdırılmamış razılaşmaya diqqət çəkib.

“Biz bir daha təsdiqlədik ki, Ermənistan tərəfi sazişin icrasına başlamağa hazırdır”, - deyə Kostanyan bildirib.


SON XƏBƏRLƏR