• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Durov Fransanın xüsusi xidmət orqanları ilə əlaqəsini etiraf edib

DÜNYA

31 Avqust 2024 | 16:33 | Müəllif: Gülşən Şərif

Durov Fransanın xüsusi xidmət orqanları ilə əlaqəsini etiraf edib

“Telegram” messencerinin həmtəsisçisi Pavel Durov Parisdə dindirilərkən Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, əks-kəşfiyyat) nümayəndələri ilə əlaqə saxladığını, o cümlədən də Dubayda onlarla görüşdüyünü bildirib.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, bu görüşdə Durov “hərbi sirr təşkil edən məlumatların açıqlanmasının onun üçün yersiz olacağını” açıq şəkildə deyib. Amma nəşr konkret nədən söhbət getdiyini yazmır.

“Durov terrorla mübarizə çərçivəsində DGSİ ilə qaynar xətt və xüsusi e-poçt ünvanı ilə rəsmi əlaqə kanalı açdığını bildirib. Onun sözlərinə görə, bu kanallar vasitəsilə informasiya mübadiləsi hətta bir neçə terror aktının qarşısını alıb”, - qəzet mənbənin sözlərindən sitat gətirib.

Nəşr iddia edir ki, həbsdən sonra əməkdaşlığa hazır olduğunu bildirən Durov hüquq-mühafizə orqanlarının əməkdaşlarına mobil telefonunu və ona giriş kodunu verib.

Qəzet, həmçinin “Telegram” rəhbərinin həbsindən sonra Yelisey sarayına hadisə ilə bağlı xəbərdarlıq edildiyini və Fransa prezidenti Emmanuel Makronun avqustun 25-də Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə vəziyyəti müzakirə etdiyini yazıb.

Durov 5 milyon avro girov müqabilində azadlığa buraxıldıXatrıladaq ki, Durov avqustun 24-ü axşam saatlarında Parisin “Le Burje” hava limanında saxlanılıb. Dörd gün sonra o, 5 milyon avro məbləğində girov ödəməsi qarşılığında məhkəmə nəzarəti altında sərbəst buraxıldı. Məhkəməyə qədər Durov həftədə iki dəfə polis bölməsinə xəbər verməli və Fransanı tərk etməməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026