• Bakı 22° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları ləğv edir

DÜNYA

01 Avqust 2024 | 16:41

ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları ləğv edir

ABŞ və Britaniyanın üç böyük hava yolu şirkəti təhlükəsizlik narahatlıqlarına görə İsrailə uçuşları ləğv edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, Amerikanın "United Airlines", "Delta Air Lines" və Böyük Britaniyanın "British Airways" aviadaşıyıcıları artan təhlükəsizlik gərginliyinə görə uçuşları ləğv etmək qərarına gəliblər. 

Bildirilib ki, aylardır davam edən sərhədyanı atəş mübadiləsi fonunda İsrail və Hizbullah arasında genişmiqyaslı müharibə qorxusu artıb. Hizbullahın yüksək rütbəli komandirinin öldürülməsi isə bu gərginliyi daha da artırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Sentyabr 2025