• Bakı 17° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

BMT-nin baş katibi: "Yaxın Şərqdə regional gərginlik azaldılmalıdır"

DÜNYA

01 Avqust 2024 | 15:57

BMT-nin baş katibi: Yaxın Şərqdə regional gərginlik azaldılmalıdır

"Uzunmüddətli sülh və sabitlik maraqları naminə regional gərginliyin azaldılmasına dair səylər davam etdirilməlidir".

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Baş katib hesab edir ki, Beyrutun cənubunda və Tehranda baş verən hücumlar təhlükəli eskalasiyadır:

"Qəzza zolağında atəşkəsə, bütün israilli girovların azad edilməsinə və humanitar yardımların kütləvi artmasına ehtiyac olan bir vaxtda Yaxın Şərq mülki əhali üçün fəlakət doğurmaqda davam edir. Bu vəziyyətin və regional gərginliyin azaldılması üçün hərtərəfli diplomatik fəaliyyətin təşviqinə ehtiyac var".

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Sentyabr 2025