• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Avstraliyadan vətəndaşlarına çağırış: Livanı tərk edin

DÜNYA

01 Avqust 2024 | 16:32

Avstraliyadan vətəndaşlarına çağırış: Livanı tərk edin

Avstraliya İsrail və Hizbullah arasındakı gərginliyə görə vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib.

O, bildirib ki, İsrail və Hizbullah arasındakı gərginlik daha da artarsa, Beyrut hava limanı tamamilə bağlana bilər.

"Mənim Avstraliya vətəndaşlarına və Livandakı sakinlərə mesajım budur: indi getmək vaxtıdır. Əgər Avstraliyadasınızsa və Livana səyahət etməyi düşünürsünüzsə, bunu etməyin", - deyə nazir qeyd edib.

Gülşən Şərif
    


SON XƏBƏRLƏR

08 May 2025